Çavuşoğlu: "Əvvəldən deyirdik ki, Azərbaycan hansı qərarı qəbul etsə onun yanındayıq"

Çavuşoğlu:
DAĞLIQ QARABAĞ / SİYASƏT

12 noyabr 2020, 11:00

Mətn ölçüsü

“Azərbaycanın işğal edilmiş torpaqların hamısının Azərbaycana təhvil verilməsi ilə bu münaqişə həlini tapa bilər”.

News24.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu noyabrın 12-də Bakıda keçirdiyi birfinqdə atəşkəs razılaşmasında Qazaxın işğal altındakı kəndlərinin azad edilməsi ilə bağlı məsələnin əksini tapıb-tapmaması ilə bağlı yaranmış qeyri-müəyyənliyə münasibət bildirərkən deyib.

O bildirib ki, işğal olunmuş torpaqlardan çəkilmə ilə bağlı təqvim müəyyənləşib:

“Digər kiçik detallarla bağlı Azərbaycan rəsmiləri daha detallı məlumat verə bilər. Ancaq anlaşmanın son məqsədi bütün işğal olunmuş torpaqların azad olunmasıdır. İndiyə qədər Azərbaycan Ordusu qəhrəmanlıqla döyüşdə uğur qazandı, bundan sonra isə söz diplomatiyanındır”.