"Nəhayət ki, bu arzuma çatdım" - Arif Babayev Prezidentə MÜRACİƏT ETDİ

"Nəhayət ki, bu arzuma çatdım" - Arif Babayev Prezidentə MÜRACİƏT ETDİ
DAĞLIQ QARABAĞ / MƏDƏNİYYƏT

18 noyabr 2020, 18:05

Mətn ölçüsü

Xanəndə, xalq artisti Arif Babayev Azərbaycan Prezidenti və Silahlı Qüvvəllərin Ali Baş Komandanı İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb. 

News24.az müraciətin mətnini təqdim edir: 

"Əziz Ali Baş Komandan! 

Çox hörmətli Prezidentimiz! Sizi böyük Qələbə günü münasibəti ilə ürəkdən təbrik edirəm, salamlayıram. Bu günlərin sevincini bizə yaşatdığınız üçün Sizi bağrıma basıram. Bilirsiz ki, 30 ildir, Qarabağı, Ağdamı, Şuşanı azad görmək ən böyük arzumuz idi.  Şükür Allaha ki, sizin rəhbərliyiniz altında torpaqlarımız işğaldan azad olundu. Və biz qarabağlılar öz dədə-baba torpaqlarımıza qayıdacağıq. Bu, çox  böyük bir işdir, bu xalqın tarixinə yazılmış şərəfli bir tarixdir.  Buna görə Sizə ömrümün sonuna qədər ürək dolusu dualar edəcəyəm. Allah canınızı sağ etsin. Sayənizdə bütün dünya Azərbaycandan və qələbəmizdən danışır. Bütün dünya azərbaycanlıları bu günü bayram edir. Siz bizi çox böyük bir həsrətdən, illərlə ürəyimizdə qubar eləmiş nisgildən qurtardınız.  Mən həmişə deyirdim ki, İlham Əliyev güclü siyasətçidir və o torpaqları bizə geri qaytaracaq. Və  biz yenidən doğma Qarabağa yollanacayıq. Nəhayət ki, bu arzuma çatdım. Gözümüz aydın! Sizin sayənizdə, Şanlı Ordumuzun sayəsində. Var olasız! Rəbbim Sizi qorusun! O dediyiniz cümləylə tamamlamaq istəyirəm məktubumu. Çox düzgün demisiz: Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!"