"Ağdamdakı Cümə Məscidinə gedib AZAN OXUYACAM" - MƏNSUM İBRAHİMOV

"Ağdamdakı Cümə Məscidinə gedib AZAN OXUYACAM" - MƏNSUM İBRAHİMOV
DAĞLIQ QARABAĞ / ŞOU-BİZNES / MƏDƏNİYYƏT

20 noyabr 2020, 14:18

Mətn ölçüsü

"Gözümüz aydın! 27 illik həsrətə son qoyuldu".

Bu sözləri News24.az-a açıqlamasında Ağdam sevincini bölüşən Xalq artisti Mənsum İbrahimov deyib:

"Doğulduğum, boya-başa çatdığım, səsimi qazandığım doğma yurduma qayıdıram. Bundan gözəl, şad və sevincli gün ola bilməz. Cənab Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər Ordumuz bir dastan yazdı. Öz gücümüzlə Qarabağımızı geri qaytardıq. Tezliklə o yurdda müsabiqələr, konsertlər təşkil edəcəyik. 19 yaşıma qədər Ağdamda yaşamışam. Oranın hər bir nöqtəsində böyük xatirəm var. Mənsum İbrahimov olmağımı Qarabağıma borcluyam. Bu torpağa qanımla, canımla borcluyam. İlk olaraq Cümə Məscidinə gedib, orada azan oxuyacam". 

Xalq artisti vətənimizin bütövlüyü uğrunda qanından, canından keçən igid oğullarımızı - Şəhidlərimizi də andı: "Qardaşımın oğlu xüsusi təyinatlı idi, şəhid oldu. 30 gün vətən uğrunda döyüşdü. Laçın dəhlizinə qədər gedib çıxmışdı. Böyük döyüş yolu keçdi və qəhrəmancasına şəhid oldu. İndi bütün şəhidlərimizin ruhu şaddır. Biz onlara ömrümüzün sonuna qədər borcluyuq".

Sevda Bayramova