FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin yerli strukturları işğaldan azad olunmuş ərazilərdə fəaliyyətə başladı

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin yerli strukturları işğaldan azad olunmuş ərazilərdə fəaliyyətə başladı
DAĞLIQ QARABAĞ / HADİSƏ

23 noyabr 2020, 12:20

Mətn ölçüsü

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi işğaldan azad edilmiş ərazilərimizdə müvafiq strukturlarının təşkilini davam etdirir.

Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, bu istiqamətdə növbəti addım olaraq, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin müvafiq bölmələri Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocavənd rayonlarında fəaliyyətə başlayıb.