Allahverdi Bağırovun məzarında illər sonra Azərbaycan bayrağı - FOTOLAR

Allahverdi Bağırovun məzarında illər sonra Azərbaycan bayrağı - FOTOLAR
DAĞLIQ QARABAĞ

26 noyabr 2020, 19:42

Mətn ölçüsü

Azərbaycann Milli Qəhrəmanı Allahverdi Bağırovun məzarının yeni fotoları yayılıb.

News24.az xəbər verir ki, Ağdamın işğaldan azad edilməsindən sonra onun məzarının üzərinə Azərbaycan bayrağı çəkilib, qəbiri üstə güllər düzülüb.

Bundan başqa, baş daşını əvəz edən lövhədə Allahverdi Bağırovun fotosu və yazılar yenilənib.

Qeyd edək ki, Allahverdi Bağırov 1992-ci ilin 14 iyunda Naxçıvanikdən geri qayıdarkən minaya düşərək şəhid olub. Həmin vaxt Allahverdi Bağırov Ağdamın Şəhidlər Xiyabanında dəfn edilib. Müharibə vaxtı Bağırovun məzarının üzərinə beton tökülsə də, ona baş daşı qoyulmamışdı.

Allahverdi Bağırovun məzarı 1992-ci ildə

Allahverdi Bağırovun məzarı 2017-ci ildə

Allahverdi Bağırovun məzarı 2020-ci ildə