“Ağdam, Kəlbəcər və Laçın rayonlarını bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq” - Dövlət başçısı
“Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik”.
News24.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün xalqa müraciətində deyib.
Dövlət başçısının sözlərinə görə, döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz - Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı: “Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”.
DAĞLIQ QARABAĞ
Prezident Laçının işğaldan azad olunması münasibətilə xalqı təbrik edib01 dekabr 2020, 12:09
DAĞLIQ QARABAĞ
İlham Əliyev: "Düşməni məcbur etdik ki, Ağdam rayonundan çəkilsin"23 noyabr 2020, 18:14
DAĞLIQ QARABAĞ / Video
Prezident və xanımı işğaldan AZAD EDİLƏN AĞDAMDA - VİDEO23 noyabr 2020, 18:03