Rusiya Müdafiə Nazirliyi Laçın rayonunun Azərbaycana təhvil verilməsi barədə məlumat yayıb.
News24.az-ın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, Rusiya, Azərbaycan və Ermənistan dövlət başçılarının üçtərəfli bəyanatına müvafiq olaraq Laçın rayonu dekabrın 1-dən Rusiya sülhməramlılarının nəzarəti altında Azərbaycan tərəfinə verilib:"Bu, razılıq çərçivəsində verilməsi planlaşdırılan üç rayondan sonuncusu idi”.
İ. Konaşenkov Laçın dəhlizinin 5 kilometr enliyində Rusiya sülhməramlılarının nəzarəti altında olduğunu vurğulayıb: “Bu dəhlizlə Ermənistanla Dağlıq Qarabağın əlaqəsi, insanları yaşayış yerlərinə təhlükəsiz qayıdışı və mülki avtonəqliyyatın hərəkəti təmin olunur”.
23:02
20:25
DAĞLIQ QARABAĞ / SİYASƏT
“Mən dəhlizin ermənilərin nəzarətində qalmasına etiraz etdim”01 dekabr 2020, 12:35