Şəhid şöbə müdirinin ailəsindən - Videoreportaj

Şəhid şöbə müdirinin ailəsindən - Videoreportaj
DAĞLIQ QARABAĞ / Video

04 dekabr 2020, 11:38

Mətn ölçüsü

“Dedim istəmirəm gedəsən, uşaqlarımız var. Dedi yox, gedirəm və qayıdacağam. Mən indi 3 övladın sayəsində yaşayıram. 6 yaşında olan övladım atasıyla qürur duyduğunu söylədi. Axırıncı dəfə mənə dedi ki, ana, bu üzün ata olacaq, digər üzün ana. Ondan sonra necə yaşamayasan?!”

News24.az xəbər verir ki, bu sözləri AzTV-yə müsahibəsində şəhid Ruhin Xəlilovun həyat yoldaşı Günel Xəlilova deyir.

Şəhid R. Xəlilov Cəbrayıl rayonu Məzrə kəndində anadan olub, 6 yaşında isti ocağını tərk edib. 10 ilə yaxın müddətdə Ədliyyə Nazirliyində şöbə müdiri vəzifəsində çalışıb.

O sevdiyi qadını, 3 azyaşlı övladını, yaşlı ata- anasını soyuq səngərə dəyişib. Vətən müharibəsi başlayandan könüllü cəbhəyə yollanıb. Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 

Şəhidin atası Müzəffər Xəlilov deyir ki, 1993-cü ildə öldürülən anasını da şəhid hesab edir: “Anamı ermənilər öldürdü. O, çox vətənpərvər biri idi. Oğlum ora getmək istəyirdi, orda da ölmək istəyirdi".
\
Şəhidin bacısı Gülnar Xəlilova deyir ki, qəhrəman qardaşı hələ Tovuz hadisələri zamanı orduya könüllü yazılıbmış: “Bizim ondan xəbərimiz olmayıb. Sonra da gedib sentyabrın 27-si qeydiyyatdan keçib, ayın 1-i də ki, çıxıb getdi...”

Facebook