Azərbaycanda Vətən müharibəsində şəhid olan qəhrəmanların əziz xatirəsi yad edilib.
News24.az xəbər verir ki, bununla əlaqədar bu gün 12:00-da nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb.
Bakı buxtasında olan gəmilərdən də səs siqnalları verilib.
Qeyd edək ki, Prezident İlham Əliyev Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda bildirilir ki, Azərbaycan Respublikasında Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək məqsədilə 2020-ci il dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükut elan edilsin.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
19:15
18:23
SİYASƏT
Mehriban Əliyeva Aprel Döyüşlərinin 3-cü ildönümü ilə əlaqədar yazdı - FOTO02 aprel 2019, 21:47