Sabah Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin GÖRÜŞÜ KEÇİRİLƏCƏK

Sabah Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin GÖRÜŞÜ KEÇİRİLƏCƏK
DAĞLIQ QARABAĞ

10 yanvar 2021, 15:28

Mətn ölçüsü

Sabah Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında danışıqlar aparılacaq.

News24.az xəbər verir ki,  bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Görüş Rusiya Prezidentinin təşəbbüsü ilə keçirilir. Görüşdə 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın icrası və regionda problemlərin həlli istiqamətində gələcəkdə atılacaq addımlar müzakirə olunacaq.