"Onların anası VƏTƏNDİR... " - Ruhi Əliyeva - VİDEO

"Onların anası VƏTƏNDİR... " - Ruhi Əliyeva - VİDEO
DAĞLIQ QARABAĞ / Video

13 yanvar 2021, 13:06

Mətn ölçüsü

“Hər bir şəxsin iki anası olur. Biri bizi bioloji olaraq dünyaya gətirən, boya-başa çatdıran, əziyyətimizi çəkən, ikinci anamız isə Vətəndir. Anasız böyüyən övladların anası yalnız Vətəndir. Onların ikinci anası yoxdur”.

News24.az xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Qadınlar Şurasının üzvü, Azərbaycanın tanınmış iş xanımı, xeyriyyəçi Ruhi Əliyeva ötən gün Leyla Quliyevanın aparıcılığı ilə “Xəzər Tv”də yayımlanan “Vaxtı Gəldi!” verilişində deyib.

R.Əliyeva bildirib ki, valideynsiz böyüyən uşaqların həyata baxışı başqa olur: “Ata-ana qayğısından məhrum olan övladlarımız güclü böyüyürlər. Onların həyat yolları, həyata baxışları başqa cür olur. Addımları, qərarları daha qətiyyətli olur.  Onlar ana qayğısından məhrum olduqlarına görə, bizim qeyrətli, cəsarətli, mərd oğullarımız ana olaraq Vətəni seçirlər. Çünki, onların başqa çıxış yolları yoxdur. Ana qayğısından, sevgisindən məhrum olduqlarına görə ilk olaraq Vətənə bağlanırlar. Ən böyük sevgiləri Vətənə olur. Bir şeyi də qeyd edim ki, uşaq evlərində müəllimələrin, tərbiyəçilərin də rolu böyükdür. Onlar övladlarımızı bu cür vətənpərvər, xalqını, dövlətini, torpağını, bayrağını sevərək böyüdürlər. Bilirəm ki, Cənab Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva da uşaq evlərinə hər zaman həssas olublar, onların qayğılarına qalırlar. Dəfələrlə Mehriban xanımın uşaq evlərindəki uşaqlarla görüşünü, həssas məqamlarnıı, kövrəldiyini görmüşük. Çünki Mehriban xanımın adı qədər ürəyi də zərifdir. Szösüz, bu həm də bizim dövlətimizdən də qaynaqlanır”.

Verilişdə qonaq olan II Qarabağ Müharibəsi iştirakçısı, valideyn qayğısından məhrum olan Elçin Əhmədov döyüş yolundan danışıb:

“1994-cü ildə valideynlərimin hər ikisi rəhmətə getdikdən sonra, internat məktəbinə düşdüm. 1994-cü il idi. Ölkəmiz müharibə şəraitində idi. İnternetda yeməyimiz zəif idi. İstilik problemi var idi. Amma biz bilirdik ki, bütün bunlar müharibə şəraiti ilə bağlı idi. Biz o andan Vətəni dərk etdik. Bildik ki, torpaqlarımız işğal olunub. Bu bizim beynimizə həkk olundu. Deyirlər ki, Vətən ikinci anadır. Amma valideynlərimiz olmadığı üçün Vətən bizə birinci anadır. İnternat məktəbində olan zaman müəllimlərimiz ermənilərin Xocalıda xalqımızın, millətimizin başına açıqları oyunları bizə aşılayırdı. Həmin vaxt müəllimlərimə deyirdim ki, böyüyüb torpaqlarımızı işğaldan azad edəcəyəm. Ali Baş Komandanımız 30 il səbr etdi və bu müharibəni başladıq”.

Proqramda qonaq olan İkinci Qarabağ Müharibəsi iştirakçısı İbrahim Abzatov isə bildirib ki, qismən səfərbərlik elan olunduqdan sonra evdən gizli hərbi biletini götürərək Hərbi Komissarlığa yollanıb: “Dedim ki, top komandiri olmuşam, rütbəm var, çavuşam. Vətənin mənə ehtiyacı var. Mən döyüşlərə qatılmaq üçün dəfələrlə müraciət etmişdim. Orada bir zabit uşaq evində böyüdüyümü və tək olduğumu bilirdi. Dedi ki, sizin kimi övladlara hələ ehtiyac yoxdur. Biz Murov və Kəlbəcər istiqamətində vuruşmağa hazırlaşırdıq. Orada 1990-cı illərdə günahsız yerə şəhid olanların övladları döyüşürdü. Deyirdilər ki, sırf qisas üçün döyüşə gəliblər”.

İ.Abzatovun həyat yoldaşı Yasəmən Abzatova verilişdə iştirak edib: “Həyat yoldaşım çox vətənpərvərdir. Nə etsəm də onun qarşısını ala bilməzdim. Heç xəbərim də yox idi. Öyrənən zaman isə pis oldum. Çox şükür ki, sağ-salamat qayıtdı. Allah şəhidlərimizə rəhmət eləsin. Dövlətimizə borcumuzu ödəməliydik. Sağ olsun ki, bu günə qədər də bizi qayğısı ilə əhatə edir. Biz bir uşaq evində böyümüşük. Biz tanış olanda 12 yaşım var idi”. 

YouTube