"Biz Xocalıya da qayıdacağıq, başqa yolu yoxdur" - Prezident

"Biz Xocalıya da qayıdacağıq, başqa yolu yoxdur" - Prezident
QARABAĞ

26 fevral 2021, 13:29

Mətn ölçüsü

“Mən tam əminəm ki, Qarabağın bu gün sülməramlı missiyanın nəzarətində olan torpaqlara da azərbaycanlılar qayıtmalıdırlar. Qayıdacaqlar. Noyabrın 10-da imzalanmış bəyanatda bu göstərilir. Bəli, bu bir qədər zaman tələb edəcək. Birgə səylər tələb edəcək. Amma bu qaçılmazdır. O cümlədən Biz Xocalıya da qayıdacağıq, başqa yolu yoxdur və Ermənistan tərəfi də bunu anlamalıdır".

News24.az
xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib. Ölkə başçısı bildirib ki, Ermənistan süni əngəllər yaratmaq istəsə, ancaq özünə zərbə vurmuş olacaq:"Eyni zamanda mən yaxşı başa düşürəm. Müharibənin yaraları hələ sağalmayıb. Xocalı yaraları heç vaxt sağalmayacaq. Biz heç vaxt Xocalı soyqırımı unutmayacağıq. Həm qurbanların yaxınlar, həm bütün Azərbaycan xalqı. Müharibənin yaralarının sağalması üçün vaxt lazımdır. Bunu biz başa düşürük və burada heç kimi tələsdirmək istəmirik. Heç kimi məcbur etmək istəmirik. Bizim birinci mərhələdə azad edilmiş torpaqlara vətəndaşlarımızın qaytması dayanır. Bununla paralel olaraq uzun müddətli sülhün təmin edilməsi və müharibə risklərinin sıfıra endirilməsi məsələləri dayanır”.

YouTube