Diplomatik korpus Füzuli, Qubadlı və Laçına GEDİR

Diplomatik korpus  Füzuli, Qubadlı və Laçına GEDİR
QARABAĞ

06 mart 2021, 10:36

Mətn ölçüsü

Diplomatik korpus nümayəndələrinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri başlayıb.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev " Twitter" hesabında məlumat verib.

Məlumatda deyilir: 

"Prezident İlham Əliyevin göstərişi əsasında diplomatik korpusları Azərbaycanın azad edilmiş Füzuli, Qubadlı və Laçın rayonlarına səfərə aparırıq. Səfirlərə, beynəlxalq təşkilat rəhbərlərinə və hərbi attaşelərə bu səfərdə bizə qoşulduqlarına görə minnətdarıq".