Ağdaban soyqırımdan 29 İL ÖTÜR

Ağdaban soyqırımdan 29 İL ÖTÜR
QARABAĞ / HADİSƏ

08 aprel 2021, 09:43

Mətn ölçüsü

Ermənilərin Kəlbəcər rayonunun Ağdaban kəndində azərbaycanlılara qarşı soyqırım törətməsindən 29 il ötür.

News24.az xəbər verir ki, Ağdaban kəndi Kəlbəcər rayonunda, Ağdaban çayının sağ silsiləsində, Ağdaban dağının yamacında, Murovdağ silsiləsinin cənub ətəyində, rayon mərkəzindən 56 km şimal-şərqdə yerləşir.

1992-ci ilin aprelin 7-dən 8-nə kecən gecə Ermənistan silahlı birləşmələri Kəlbəcər rayonunun Ağdaban kəndinə hücum  edərək 130 evdən ibarət olan kəndi tamamilə yandırıb, 779 nəfər dinc sakinə divan tutub, 67 nəfəri amansızcasına qətlə yetirərək soyqırım aktı törədiblər. Bir gecədə 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılıb, 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib.

Ermənilər tərəfindən tarix, memarlıq və mədəniyyət abidələri dağıdılıb, müqəddəs ziyəratgah və məzarlıqlar təhqir olunub və məhv edilib. Erməni seperatcılarının Azərbaycan mədəni irsinə qarşı törətdikləri vandalizm siyasətinin davamı kimi Azərbaycanın klassik aşıq şeirinin ustadı Aşıq Qurbanın və oğlu Aşıq Şəmşirin əlyazmaları yandırılıb və talan olunub.