Bakının prospektlərindən birinə “8 Noyabr” adı verilib

Bakının prospektlərindən birinə “8 Noyabr” adı verilib
QARABAĞ

12 aprel 2021, 15:02

Mətn ölçüsü

Bakıın Nobel prospektinin adı dəyişdirilərək “8 Noyabr” prospekti adlandırılıb.

News24.az xəbər verir ki, bununla bağlı qərar bu gün qəbul edilib.

Hərbi Qənimətlər Parkı da “8 Noyabr” prospektində yerləşir.

Gələcəkdə bu prospektdə Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyinin yaradılması da planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib.