220 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

220 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
QARABAĞ

26-07-2021, 17:19

Mətn ölçüsü

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan News24.az-a verilən məlumata görə, iyulun 19-dan 24-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 124, tank əleyhinə 16 mina və 541 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

Həmin müddətdə 220 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.