1 ton neft daşıyan tanker batır - Foto
Dünya
Oman sahillərində təxminən 1 milyon barrel neft daşıyan "Caroline Bezeng" tankeri batır.
News24.az xəbər verir ki, peyk görüntüləri neft ləkəsi sahəsinin böyüdüyünü göstərir.
"AP" agentliyinin məlumatına görə, avqustun 7-də ləkənin sahəsi 800 kv. km-ə çatıb.
Neft artıq Kibliyya adasının sahillərinə çatıb.
Oman hakimiyyət orqanları vəziyyəti izlədiklərini bildirsələr də, hər hansı aktiv tədbirlərin görülüb-görülmədiyi məlum deyil.