1 yaşlı uşaq narkotikdən zəhərləndi, atası saxlanıldı

1 yaşlı uşaq narkotikdən zəhərləndi, atası saxlanıldı Dünya

Rusiyanın Stavropol diyarında bir yaşlı oğlunun narkotik maddə ilə zəhərlənməsinə səbəb olmaqda şübhəli bilinən 43 yaşlı kişi saxlanılıb.

News24.az xəbər verir ki, hadisə Georgiyevsk şəhərində baş verib.

İstintaqın məlumatına görə, kişi narkotik maddəni folqaya bükərək masanın üzərində qoyub.

Bir yaşlı uşaq folqadakı maddəni ağzına apararaq qablaşdırmanı dişi ilə açıb və nəticədə zəhərlənib.

Uşaq ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun həyatı və sağlamlığı üçün təhlükənin olmadığı bildirilir.

İstintaq 43 yaşlı kişini ehtiyatsızlıqdan sağlamlığa ağır zərərvurmada ittiham edilir.

Məlumata görə, o, əvvəllər də məhkum olunub.