100 “Rafale”lik müqavilə sual altındadır? – “Politico” sirləri açdı
Dünya
Ukraynanın da, Fransanın da yaxın 10 ildə 100 ədəd “Rafale” qırıcı təyyarəsinin tədarükünü nəzərdə tutan müqaviləni həyata keçirmək üçün maliyyə imkanları yoxdur.
News24.az xəbər verir ki, bu barədə “Politico”ya danışan yüksəkvəzifəli Avropa diplomatı bildirib.
“Ukraynanın (İsveç istehsalı olan) “Gripen”lərlə yanaşı “Rafale” təyyarələri almaq planı xeyli təəccüb doğurur… Onlarda pul yoxdur. Çox şey dondurulmuş Rusiya aktivlərindən asılı olacaq”, – diplomat qeyd edib.
Nəşr həmçinin Fransanın acınacaqlı vəziyyətdə olan dövlət maliyyəsinə diqqət çəkib və bildirib ki, Paris bu alışları öz vəsaiti hesabına ödəyə bilmir.
Ekspertlər hesab edir ki, bu müqavilənin reallaşdırılması çox uzun zaman alacaq və döyüş meydanındakı təcili vəziyyətlərə cavab ola bilməz.
“Politico” yazır ki, əgər Kiyev 200-dən çox yeni Qərb qırıcılarındən ibarət müasir hərbi-hava qüvvələri yaratmağı bacarsa belə, qarışıq təyyarə parkı Qərb ölkələrinin belə çətinliklə həll etdiyi logistika, pilot və texniklərin hazırlanması kimi ciddi problemlər yarada bilər.