1000-dən çox ulduzun yaşayış ünvanı - İNTERNETƏ SIZDI

1000-dən çox ulduzun yaşayış ünvanı - İNTERNETƏ SIZDI Dünya
İngiltərədə hökumət səhvən mindən çox məşhurun yaşayış ünvanlarının siyahısını dərc edib.

News24.az "Euronews"-a istinadən xəbər verir ki, məşhur insanların şəxsi məlumatlarının yayılması cümə axşamı baş verib və şənbə günü Birləşmiş Krallıq hökuməti baş verən hadisəyə görə üzr istəyib.

Siyahıda Elton Con, Olivia Newton-John və Sam Mendes kimi ulduzların olduğu bildirilir.