14 ildən sonra Türkiyədən ilk addım
Dünya
İsrail mətbuatı Türkiyənin Suriya və İordaniya üzərindən Körfəz ölkələrinə uzanan yeni quru ticarət dəhlizi planlarını “oyunu dəyişdirən” strategiya kimi qiymətləndirib.
News24.az xəbər verir ki, "Globes" qəzetində İsrailli jurnalist Din Şmuel Elmasın təhlilinə görə, bu təşəbbüs regiondakı ticarət balansını köklü şəkildə dəyişə bilər.
Türkiyənin ticarət naziri Ömər Bolatın açıqlamasına əsasən, dəhliz gələn il fəaliyyətə başlayacaq. Bu, 14 ildən sonra ilk dəfə Türkiyə məhsullarının Suriya üzərindən Körfəz ölkələrinə daşınmasını mümkün edəcək.
Elmas qeyd edib ki, Ankara Yaxın Şərqdə yenidən formalaşan ticarət marşrutlarının mərkəzinə çevrilir.