1,4 milyardı var, övladlarına miras qoymaq istəmir: "Uşaqları korlayır"

1,4 milyardı var, övladlarına miras qoymaq istəmir: "Uşaqları korlayır" Dünya

Fransız milyarder Pyer-Eduar Steren deyib ki, valideynlərdən qalan mirasın uşaqların tərbiyəsini korlayır.

News24.az xəbər verir ki, 52 yaşlı biznesmen “Smartbox” şirkəti sayəsində varlanıb və hazırda Belçikada yaşayır.

O, Fransa Senatında çıxışı zamanı bildirib ki, məhz bu səbəbdən də o, 1,4 milyard avro sərvətinin beş övladından heç birinə miras qalmaması üçün Fransa qanunlarını dəyişməyə çalışır: "Uşaqlarımı məhv etmək istəmirəm. Onlara bir sent belə verilməsinə razı deyiləm. Əsl azadlıq həyatı sıfırdan başlamaqdır”, – deyə sahibkar bildirib.

Lakin Fransa qanunvericiliyi uşaqları mirasdan sadəcə məhrum etməyə imkan vermir.

Napoleon Məcəlləsinə görə, uşaqlar məcburi vərəsələr sayılır.

Əgər şəxsin üç və ya daha çox övladı varsa, sərvətin ən azı 75 faizi avtomatik olaraq onlara keçməlidir.

Steren isə bu qanunu şəxsi azadlığa məhdudiyyət kimi qiymətləndirir və istəyir ki, öz puluna tam sərəncam vermək hüququ olsun, məsələn, bütün sərvətini xeyriyyəçiliyə yönəldə bilmək kimi. /Daily Mail/