15 milyon insan su aıtında qala bilər - Alimlərdən xəbərdarlıq

15 milyon insan su aıtında qala bilər - Alimlərdən xəbərdarlıq Dünya

Alimlər buzlaq göllərinin daşması ilə bağlı qlobal təhlükənin ilk genişmiqyaslı qiymətləndirilməsini aparıblar.

News24.az xəbər verir ki, araşdırmaya görə, dünyada təxminən 15 milyon insan buzlaq göllərinin mümkün daşması nəticəsində yaranacaq təhlükəli zonada yaşayır.

Buzlaqların qlobal istiləşmə səbəbindən əriməsi nəticəsində ərinti suları buz və qaya parçalarından ibarət təbii bəndlərin arxasında toplanaraq buzlaq gölləri yaradır.

Bu bəndlər dayanıqlı olmadığından dağıldıqda böyük həcmdə su, buz və daş qəfil vadidən aşağı axa bilər. Nəticəcədə bir neçə dəqiqə ərzində yaşayış məntəqələrini, körpüləri və yollar sua altında qalar.

Nortumbriya Universitetinin alimləri müəyyən ediblər ki, buzlaq göllərinin ətrafında 50 kilometrə qədər potensial daşqın zonasında təxminən 15 milyon insan yaşayır.

Onlardan 300 minə yaxını göllərdən 5 kilometrdən az məsafədədir və xüsusilə yüksək risk altındadır.

Ən təhlükəli bölgə Himalaylar və ətraf dağ silsilələri hesab olunur.

Risk altında olan insanların böyük hissəsi burada yaşayır.

Ən təhlükəli ölkələr sırasında Çin, Pakistan və Hindistan yer alır.

Peru isə dünyada risk altında olan insanların sayına görə üçüncü yerdədir.

Alimlər bildirirlər ki, əsas təhlükə gölün ölçüsü deyil, çayın aşağı axarında yaşayan insanların sayı və onların daşqınlara həssaslığıdır.

Xüsusilə And dağlarında vəziyyət narahatlıq doğuru. Burada buzlaq göllərinin sayı 1990-cı ildən bəri 93 faiz artıb. Yüksək Asiyada isə bu artım 37 faiz təşkil edib.

Tədqiqatçılar inkişaf etməkdə olan dağlıq bölgələrdə monitorinq və təhlükəsizlik tədbirlərinə daha çox vəsait ayrılmasını vacib hesab edirlər.