15 yaşlı məktəblini qaçırıb 4 il başına oyun açdı
Dünya
ABŞ-də Ouen Lars Anderson adlı 37 yaşlı Virciniya sakini saxlanılıb.
News24.az xəbər verir ki, o, 15 yaşlı məktəbli qızı dörd il ərzində evində saxlayaraq ona qarşı cinsi zorakılıq etməkdə ittiham olunur.
Hazırda 19 yaşı olan Uoker bu ilin may ayında polis tərəfindən tapılıb.
O, 23 iyun 2022-ci ildə Miluoki şəhərində yaşadığı evdən çıxıb və bir daha geti qayıtmayıb.
İstintaqın məlumatına görə, qız Ouen Lars Anderson tərəfindən qaçırılıb və onun Blekzberq şəhərindəki evində saxlanılıb.
May ayında qız polisə zəng edərək qaçırıldığını bildirib.
Onun sözlərinə görə, Andersonla 12 yaşında olarkən internet vasitəsilə tanış olub.
Kişi onun valideynləri ilə bağlı problemlərini dinləyib, ona zərər verməyəcəyini deyib.
Daha sonra isə ondan çılpaq fotolar tələb etməyə başlayıb və bu şəkillərlə şantaj edib.
Uokerin sözlərinə görə, qaçırıldıqdan sonra Anderson onun məktəbə getməsinə icazə verməyib, həm fiziki, həm də cinsi zorakılığa məruz qoyub.
Hazırda şübhəli həbsdədir. Ona iki ştat üzrə ümumilikdə 60 maddə ilə, o cümlədən yetkinlik yaşına çatmayan şəxsin qaçırılması, uşağa qarşı amansız rəftar ittihamları irəli sürülüb. / The Washington Post/