15 yaşlı qızına qarşı əxlaqsız hərəkətlər edən ata saxlanıldı - Gürcüstanda

15 yaşlı qızına qarşı əxlaqsız hərəkətlər edən ata saxlanıldı - Gürcüstanda Dünya

Kobuleti şəhərində 15 yaşlı qızına qarşı əxlaqsız hərəkətlər etməkdə şübhəli bilinən ata saxlanılıb.

News24.az xəbər verir ki, hadisə Kobuletinin kəndlərindən birində baş verib.

Məlumata görə, hadisə zamanı yeniyetmə evdə atası ilə tək olub.

Yeniyetmə baş verənlər barədə telefonla işdə olan anasına məlumat verib. Bundan sonra qadın polisə müraciət edib.

Faktla bağlı Cinayət Məcəlləsinin istintaq aparılır. /Adjara Times/