15 yaşlı şagirdi ilə imtim münasibət quran qadın müəllim saxlanıldı

15 yaşlı şagirdi ilə imtim münasibət quran qadın müəllim saxlanıldı Dünya

Avstraliyada 15 yaşlı şagirdini yoldan çıxaran qadın müəllim təqsirini etiraf edib.

News24.az xəbər verir ki, bu barədə “The Daily Star” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, 25 yaşlı Ella Klements Sidneydə oğlanlar üçün nəzərdə tutulmuş katolik məktəbində müəllim işləyib. O, burada şagirdlərindən biri ilə münasibət qurub.

Yeniyetmənin ailəsi hadisədən onun telefonuna gələn mesajlardan sonra xəbər tutublar.

Ailə polisə müraciət etdikdən sonra müəllim saxlanılıb. Qadın ona qandal taxılan zaman huşunu itirib. Ona qarşı bir sıra ittihamlar irəli sürülsə də, təqsirini etiraf etməsi ilə bağlı onların bir qismi, o cümlədən ağırlaşdırıcı hallarda yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaq ittihamı ləğv edilib. Qadın çalışdığı məktəbdə işdən çıxarılıb.

Məktəbin direktoru bildirib ki, ittihamlar ortaya çıxdığı andan etibarən təhsil müəssisəsi polis ilə əməkdaşlıq edir.