15 yaşlı yeniyetməyə 100 il həbs cəzası verildi

15 yaşlı yeniyetməyə 100 il həbs cəzası verildi Dünya

ABŞ məhkəməsi cinayətkar dəstənin tərkibində olan 15 yaşlı yeniyetməni 100 il müddətinə azadlıqdan məhrum edib.

News24.az xəbər verir ki, bu barədə “ABC News” telekanalı məlumat yayıb.

Məlumata görə, 15 yaşlı Comadji Larri 2025-ci ilin fevralında İndiana ştatının Anderson şəhərində gecə klubunun yaxınlığında 26 yaşlı Dayla Sueyni güllələyərək öldürüb.

Atışma zamanı daha bir qadın güllə yarası alıb, üçüncü qadını isə hadisə yerindən uzaqlaşmağa çalışan sürücünün avtomobili vurub.

İstintaq müəyyən edib ki, Sueyn başqa bir qətl işi üzrə şahidə qarşı planlaşdırılan, lakin uğursuz alınan sui-qəsd zamanı öldürülüb.

Məhkəmə Comadjiyə Larri Sueynin qətlinə görə 50 il, cinayətkar dəstənin üzvü olduğuna görə isə əlavə 50 il həbs cəzası verib.

Onun 19 yaşlı əlaltıları Raşan Samuels və Kayri Kraver müvafiq olaraq 125 və 90 il azadlıqdan məhrum ediliblər.

Onların cəzalarının yarısı qətl, digər yarısı isə cinayətkar qruplaşmanın üzvü olmalarına görə təyin edilib.