16 uşağı əsir saxlayan dörd nəfər həbs edildi - Ailə üzvləridir
Dünya
ABŞ-nin Ohayo ştatından olan çoxuşaqlı ailənin 16 uşağı illərlə ağır antisanitar şəraitdə saxladığı üzə çıxıb.
News24.az xəbər verir ki, yaşı 1,5-dən 18-ə qədər olan uşaqlar son dörd ilin böyük hissəsini insan ifrazatları ilə dolu otaqda qapalı vəziyyətdə keçiriblər.
Onlardan bəziləri danışa bilməyib.
Yeddi uşaq xəstəxanaya yerləşdirilib, onlardan biri isə ağır vəziyyətdə süni tənəffüs aparatına qoşulub.
Hadisə ilə bağlı uşaqların valideynləri və nənə-babası saxlanılıb.
Onlar uşaqların həyat və sağlamlığını təhlükə altına salmaqda ittiham olunurlar. İstintaqın məlumatına görə, uşaqlar məktəbə getməyib və ailədən kənarda onların mövcudluğundan heç kimin xəbəri olmayıb.
Saxlanılan dörd nəfər məhkəmə qarşısına çıxarılıb. Onların hər biri üçün 300 min dollar məbləğində girov müəyyən edilib.
İstintaqın məlumatına görə, ailə son 20 il ərzində ştatın cənub hissəsində yaşayaraq tibbi qeydiyyatdan və dövlət reyestrlərindən yayınıb.
Hazırda hakimiyyət orqanları xilas edilən bütün azyaşlılar üzərində müvəqqəti qəyyumluq hüququ əldə etməyə çalışır. /The Guardian/