16 yaşlı baldızına qarşı cinsi zorakılıq edən şəxs saxlanıldı - Rusiyada dəhşətli cinayət

16 yaşlı baldızına qarşı cinsi zorakılıq edən şəxs saxlanıldı - Rusiyada dəhşətli cinayət Dünya

Rusiyanın Petropavlovski şəhərində 26 yaşlı kişi həyat yoldaşının 16 yaşlı bacısına qarşı cinsi zorakılıq etməkdə təqsirli bilinib.

News24.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Kamçatka Regional İdarəsi məlumat yayıb.

Bildirilib ki, o, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 131-ci (zorlama) və 132-ci (cinsi xarakterli digər zorakı hərəkətlər) maddələri ilə ittiham olunub.

İstintaqın məlumatına görə, hadisə bu ilin yanvar-aprel ayları arasında baş verib. Təqsirləndirilən şəxs yaşadığı evdə yatmış vəziyyətdə olan 16 yaşlı qıza qarşı cinsi zorakılıq edib.

Zərərçəkmiş daha sonra hüquq-mühafizə orqanlarına müraciət edib. Toplanmış sübutlar əsasında məhkəmə həmin şəxsi təqsirli hesab edib.