1,66 milyon insan siqaret tüstüsündən öldü
Dünya
Passiv siqaret çəkmə (tütün tüstüsünə məruz qalmaq) 2023-cü ildə dünyada təxminən 1,66 milyon insanın vaxtından əvvəl ölümünə səbəb olub.
News24.az xəbər verir ki, tütün tüstüsünün təsirinə 2,7 milyard insan, o cümlədən 767 milyon uşaq məruz qalıb.
Araşdırmaya görə, passiv siqaret çəkmə ürək-damar və tənəffüs xəstəlikləri riskini artırır və 2023-cü ildə 44,8 milyon sağlam həyat ilinin itirilməsinə səbəb olub.
Alimlər xüsusilə uşaqların risk altında olduğunu vurğulayırlar. Tütün tüstüsünün təsiri həmin il uşaqlar arasında təxminən 5,16 milyon tənəffüs yolu infeksiyası ilə əlaqələndirilib.
1990-cı ildən dünyada siqaret çəkmə 22 faiz azalsa da, passiv siqaret çəkməyə məruz qalan insanların sayı demək olar ki, dəyişməyib.
Tədqiqatçılar xüsusilə qadın və uşaqların qorunması üçün daha sərt tədbirlərin görülməsini təklif edirlər.