Alimlərdən qorxunc xəbərdarlıq:
    • 7-06-2019, 13:15
    • 1 182

Alimlərdən qorxunc xəbərdarlıq: "Üç ay sonra Yerlə toqquşacaq”

Elm adamları Yer planetinə futbol sahəsi böyüklüyündə göy daşının düşəcəyini bildirir. 

News24.az-ın Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, Avropa Kosmik Agentliyi 2006 QV89 adı verilən meteorun sentyabr ayının ilk həftəsində Yerlə toqquşmaq ehtimalının olduğu açıqlayıb.

Hazırda mütəxəssislər sahəsi 50 metr olan meteoritlə bağlı tədqiqat aparırlar.

Onların fikrincə, Katalina Kosmos Araşdırmaları tərəfindən 2006-cı ilin iyul ayında kəşf edilən bu göy cisminin sahəsi böyük olmasa da, Yerlə toqquşaçağı təqdirdə, ciddi təhlükə yaradacaq. 

Qeyd edək ki,indiyədək belə bir hadisə 1908-ci ildə baş verib. O zaman Rusiyada Podkamennaya Tunquşka çayı yaxınlığına düşən meteor meşəni yerlə bir edib. Daha bir hadisə isə 2013-ci ildə isə Çelyabinsk ərazisində baş verib ki, hadisə zamanı 7200 binaya ziyan dəyib. 1500 nəfər isə xəsarət almışdı.