173 sərnişinin olduğu təyyarədə gərgin anlar

173 sərnişinin olduğu təyyarədə gərgin anlar Dünya

Rusiyanın Saxa (Yakutiya) Respublikasının Mirnı şəhərində sərnişin təyyarəsi enişdən sonra uçuş-eniş zolağından kənara çıxıb.

News24.az xəbər verir ki, bu barədə “Mash Siberia” “Telegram” kanalı məlumat yayıb.

Məlumata görə, “S7” aviaşirkətinə məxsus təyyarə Novosibirsk–Mirnı marşrutu üzrə reysi yerinə yetirib.

Təyyarə eniş etdikdən sonra vaxtında dayana bilməyərək uçuş-eniş zolağından çıxıb və otluq əraziyə keçib.

Hadisə zamanı təyyarədə 6 ekipaj üzvü və 173 sərnişin olub.

İlkin məlumata görə, insident nəticəsində xəsarət alan olmayıb.