179 nəfərin öldüyü təyyarə qəzası ilə bağlı axtarış aparılır
Dünya
Cənubi Koreya polisi Nəqliyyat Nazirliyində, Pusan Regional Aviasiya İdarəsində, həmçinin “Korea Airports” (KAC) dövlət şirkətində axtarışlar aparır.
News24.az xəbər verir ki, istintaqçılar 2024-cü ildə “Jeju Air” aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə bağlı iş üzrə sübutlar götürürlər.
Polisin məlumatına görə, əməliyyatların məqsədi vəzifəli şəxslərin səhlənkarlığı ilə bağlı şübhələrə dair əlavə materiallar toplamaqdır.
Qeyd edək ki, “Jeju Air” aviaşirkətinə məxsus “Boeing 737-800” təyyarəsi 29 dekabr 2024-cü ildə Muan hava limanına eniş zamanı qəzaya uğrayıb.
Təyyarə eniş cəhdi zamanı sürətini vaxtında azalda bilməyib, beton konstruksiyaya çırpılaraq yanıb.
Təyyarənin göyərtəsində olan 181 nəfərdən 179-u həlak olub.
Yalnız quyruq hissəsində olan iki stüardessa sağ qalıb.