Gürcüstanda Prezident Administrasiyasının qarşısında aksiya keçirilir

Gürcüstanda Prezident Administrasiyasının qarşısında aksiya keçirilir
Dünya

10 iyul 2019, 21:43

Mətn ölçüsü

Tbilisidə Prezident Administrasiyasının yerləşdiyi binanın qarşısında etiraz aksiyası keçirilir.

News24.az APA-ya istinadən xəbər verir ki, "Vahid Milli Hərəkat" partiyasının Atoneli küçəsində yerləşən binanın qarşısına toplaşan üzvləri Gürcüstan prezidenti Salome Zurabişvilinin ötən gün keçirdiyi brifinqdə Rusiya rəhbərliyinə müraciət edərkən işlətdiyi ifadələrə etiraz edirlər.
Onlar prezidentin gürcü cəmiyyətini alçaltdığını, Tbilisidə keçirilən mitinqlərin iştirakçılarını nəzərdə tutaraq "radikal qüvvələr" sözü işlətdiyini bildiriblər. 

Qeyd edək ki, ötən gün Gürcüstan prezidenti S.Zurabişvili Rusiya rəhbərliyinə müraciət edərək gərginliyin radikal qüvvələr tərəfindən yaradıldığını bildirib. O qeyd edib ki, ölkənin və regionun stabilliyi üçün yeganə yol hazırkı hökumətin yürütdüyü sülhməramlı siyasətdir.