Belaruslu diplomat Ankarada qonşusu tərəfindən güllələndi
    • 25-07-2019, 00:29
    • 770

Belaruslu diplomat Ankarada qonşusu tərəfindən güllələndi

Belarusun Ankaradakı səfirliyinin idari işlər üzrə nümayəndəsi güllələnib.

News24.az “Hürriyyet.com”-a istinadən xəbər verir ki, hadisə paytaxt Ankaranın Çankaya bölgəsində baş verib.

Aleksandr Poqanşev adlı səfirlik nümayəndəsi qonşusu tərəfindən hücuma məruz qalıb.

Adı hələ açıqlanmayan, amma təqaüddə olan hərbçi olduğu müəyyənləşdirilən şəxs belarusluya iki dəfə atəş açdıqdan sonra eyni silahla intihar edib.