Zelenski çimərlikdə
    • 27-07-2019, 21:57
    • 881

Zelenski çimərlikdə "Çimərliyə hasardan aşdıq"

Ukrayna Prezidenti Odessa çimərliyindən fotolarını paylaşıb. 
News24.az -ın verdiyi xəbərə görə, prezident şəkillərini "Facebook" hesabında yayıb.
Zelenskinin yanında dayanan çimərlik geyimindəki kişi Prezident ofisinin rəhbəri Anton Boqdandır.
Zelenski özü isə qısa şort, futbolka geyinib və kepka qoyub.
Ukrayna prezidenti fotosuna belə bir şərh verib: "Biz - hər yerdə mühafizə, hərbi dalğıclar, dəniz ərazisinə daxil olmazdan əvvəl xüsusi yoxlama, çimərliyə - hasardan aşdıq. Arxa fonda isə kəşfiyyatçıların necə günəşləndiyini görürsünüz. Sizə yaxşı istirahət arzulayıram".