Moskvada işlər qarışdı 40-dan çox təyyarə reysi təxirə salındı
    • 28-07-2019, 13:19
    • 1 253

Moskvada işlər qarışdı 40-dan çox təyyarə reysi təxirə salındı

Rusiya paytaxtının hava limanlarında xoşagəlməz hallar yaşanıb.
News24.az -ın Lenta.ru-ya istinadən verdiyi xəbərə görə, 40-dan çox təyyarə reysi təxirə salınıb və ya yubanıb. 
46 təyyarə səmaya qalxa bilməyib. Onların 36-sı yubanıb, 10 uçuş isə təxirə salınıb. Bu isə turistlərin qəzəbinə səbəb olub.
Domodedovoda 16 reysi saxlayıblar, 10 uçuş isə ümumiyyətlə ləğv olunub. Şeremetyevoda 14, Vnukovoda 6 uçuş yubanıb.
İyulun 27-də Moskva hava limanlarında 60-dək reys ləğv olunub və təxirə salınıb. Yalnız Jukovski hava limanında belə hallar müşahidə olunmayıb.