Hərbi təyyarə qəzaya uğradı - 19 ÖLÜ, 16 YARALI - VİDEO
    • 30-07-2019, 11:50
    • 1 261

Hərbi təyyarə qəzaya uğradı - 19 ÖLÜ, 16 YARALI - VİDEO

Hərbi təyyarənin qəzaya uğraması nəticəsində 19 nəfər ölüb, 12 nəfər isə yaralanıb. 

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Pakistanda baş verib. Təyyarə Ravalpindi şəhərində alış-veriş mərkəzinin yaxınlığında qəzaya uğrayıb. 

Qəza nəticəsində təyyarədə olan 3 hərbçi, 2 pilot və uşaqlar da daxil olmaqla 14 yerli sakin ölüb. 16 nəfər isə yaranan yanğın nəticəsində xəsarət alıb. 

Hərbi təlim zamanı yaşanan hadisədə yanğın yaxınlıqdakı evlə də keçib.