İki partiya lideri ev dustağı edildi - Şəhərdə internet kəsildi

İki partiya lideri ev dustağı edildi - Şəhərdə internet kəsildi
Dünya

05 avqust 2019, 12:24

Mətn ölçüsü

İki partiya liderinə ev dustaqlığı verilib. 

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Hindistanda gecə saatlarında iki nüfuzlu partiya lideri polis göstərişi ilə ev dustağı edilib.

Məlumata görə, həbs edilənlər Cammu və Kəşmir Xalq Demokratik Partiyasının başçısı və əyalətin keçmiş baş naziri Məhbubə Müfti, dövlət müxalifətinin başçısı Ömər Abdullahdır. 

Həmçinin qeyd edilir ki, bəzi ərazilərdə internetin verilişi dayandırılıb, məktəblərdə dərslər ləğv edilib və mitinq keçiriləməsinə qadağa qoyulub.