2 milyona yaxın aliment borcu olan reper məhkəməyə müraciət edir

2 milyona yaxın aliment borcu olan reper məhkəməyə müraciət edir Dünya

Rusiyalı reper Ciqanın (əsl adı Denis Ustimenko-Vaynşteyn) vəkilləri aliment borcunun əsaslılığını və məbləğini məhkəmədə mübahisələndirmək niyyətindədirlər.

News24.az xəbər verir ki, bu barədə onun vəkili Sergey Jorin məlumat yayıb.

Məlumata görə, repçinin aliment borcu 1,737 milyon rubl (36.5 min manat) təşkil edir. Borcun tutulması ilə bağlı icra prosesi oktyabrın 7-də başlanıb.

Ciqan və keçmiş həyat yoldaşı Oksana Samoylova aliment ödənilməsi barədə razılaşmanı 2020-ci ildə nikah müqaviləsi ilə eyni vaxtda imzalayıblar.

Ciqanın vəkili hesab edir ki, keçmiş ər-arvadın birlikdə yaşadığı və uşaqların saxlanması üçün xərclərin ödənildiyi dövrə görə yenidən aliment tələb edilməsi eyni xərclərin təkrar tutulmasına səbəb ola bilər.

Bununla belə, vəkil vurğulayıb ki, reper uşaqlarını maddi cəhətdən təmin etmək öhdəliyindən imtina etmir.

Qeyd edək ki, Moskvanın Savyolovski Rayon Məhkəməsi Oksana Samoylovanın Ciqanın valideynlik hüquqlarının müvəqqəti məhdudlaşdırılması ilə bağlı iddiasına da baxır.

Bu iş aliment borcu məsələsindən ayrı araşdırılır.