2 tonluq yük, 5 saniyə və dünya rekordu – FOTOLAR
Dünya
Kosovalı ekstremal idmançı Bujar Muli bədənində 2 ton ağırlığında yük saxlayaraq Ginnesin Rekordlar Kitabına düşüb.
News24.az xəbər verir ki, rekord cəhdi Kosovonun Vıçıtırın şəhərində yerləşən idman zalında baş tutub.
Bujar Muli bədəninin üzərinə yerləşdirilən ümumi çəkisi 2 ton olan sement kisələrini 5 saniyə saxlamağa nail olub. Bununla da o, əvvəlki 1819 kiloqramlıq şəxsi rekordunu yeniləyərək yeni dünya rekorduna imza atıb.
Rekord cəhdini Muliyə dəstək olmaq üçün zala toplaşan yüzlərlə sakin izləyib.
Ginnesin Rekordlar Kitabının nümayəndələrinin nəzarəti altında keçirilən cəhd uğurla başa çatdıqdan sonra idmançıya rəsmi dünya rekordu sertifikatı təqdim edilib.