2025-ci ilin ən qorxunc proqnozu: Bu ölkə təhlükədədir

2025-ci ilin ən qorxunc proqnozu: Bu ölkə təhlükədədir Dünya

Türkiyədə havaların kəskin şəkildə soyuduğu bir vaxtda bəzi bölgələrdə, xüsusilə Adana və Mersində temperaturun hələ də yüksək qalması iqlim dəyişikliyi ilə bağlı narahatlıqları artırıb.

News24.az xəbər verir ki, bunun fonunda ekologiya üzrə mütəxəssis Prof. Dr. Məsut Başıbüyük həm mövcud vəziyyət, həm də yaxın gələcəkdə ölkəni gözləyən mümkün risklərlə bağlı diqqətçəkən açıqlamalar verib.

Onun sözlərinə görə, bəzi ekspertlər sərt qış proqnozu versələr də, quraqlıq təhlükəsi daha ciddi və uzunmüddətli problemdir. Professor bildirib ki, quraqlıq ssenarilərinə hazır olmaq üçün indidən ciddi tədbirlər görülməlidir.

"Son illərdə iqlim dəyişikliyinin təsirləri daha qabarıq hiss olunur və bu il quraqlıq artıq kritik mərhələyə çatıb. Xüsusilə Bursa bölgəsində bəndlərin quruması quraqlıq riskini artıran əsas faktorlardan biri kimi göstərilir. Eyni zamanda Cənubi Koreyada aparılan son araşdırma Türkiyənin bəzi əyalətlərinin yaxın illərdə “Sıfır gün quraqlığı” adlanan su çatışmazlığı ilə üzləşə biləcəyini ortaya qoyub", - deyə Prof. Dr. Məsut Başıbüyük bildirib.

Professor Başıbüyük meteoroloji mənzərənin ürəkaçan olmadığını vurğulayaraq bildirib ki, dağlarda kifayət qədər qar yığılmaması, qar yağsa belə, ardınca gələn istilik dalğalarının qarın əriməsinə səbəb olması yeraltı su ehtiyatlarının dolmasına mane olur.