2026-cı il Nobel Tibb mükafatının qalibləri açıqlandı

2026-cı il Nobel Tibb mükafatının qalibləri açıqlandı Dünya

2026-cı il Fiziologiya və ya Tibb üzrə Nobel Mükafatı optogenetika sahəsindəki kəşflərə görə üç alimə verilib.

News24.az xəbər verir ki, mükafata amerikalı Karl Deisserot, alman alimləri Peter Hegemann və Georg Nagel layiq görülüblər.

Alimlər işıqla idarə olunan ion kanalları və optogenetika sahəsindəki mühüm kəşflərinə görə mükafatlandırılıblar.

Optogenetika işıq vasitəsilə hüceyrələrin, xüsusilə neyronların fəaliyyətini idarə etməyə imkan verən elmi metoddur. Bu yanaşma sinir sisteminin fəaliyyətinin öyrənilməsi və bəzi xəstəliklərin müalicəsi istiqamətində araşdırmalarda istifadə olunur.

Mükafatın qalibləri Nobel Komitəsi tərəfindən bu gün Stokholmda açıqlanıb.