21 il küçələrdən zibil topladı, bank hesabındakı sərvətdən xəbəri olmadı

21 il küçələrdən zibil topladı, bank hesabındakı sərvətdən xəbəri olmadı Dünya

Çində təkrar emal üçün tullantı toplayan 71 yaşlı kişi bank hesabında 63 min dollardan çox vəsait olduğunu təsadüfən öyrənib.

News24.az-ın məlumatına görə, Zhu adlı kişi təxminən 30 il dövlət müəssisəsində çalışıb. 2000-ci illərin əvvəllərində işdən çıxarıldıqdan sonra aldığı müavinəti qısa müddətdə xərcləyib və borca düşüb. Bundan sonra o, 21 il ərzində təkrar emal edilə bilən materiallar toplayaraq yaşayıb.

2024-cü ilin qışında sosial xidmət əməkdaşları onu Çanqde şəhərində tərk edilmiş binada aşkarlayıblar. Zhu əvvəlcə sığınacağa getməkdən imtina etsə də, sonradan yardımı qəbul edib və sənədlərini rəsmilərə təqdim edib.

Araşdırma zamanı məlum olub ki, Zhu 2015-ci ildə pensiya yaşına çatıb və aylıq təxminən 550 dollar pensiya almaq hüququ qazanıb. Həmçinin müəyyən edilib ki, onun bank hesabında əvvəlki 10 il ərzində 60 min dollardan çox vəsait toplanıb.

Bank kartını və hesabına çıxış imkanını əldə edən Zhu göz yaşlarını saxlaya bilməyib. O, bundan sonra Çanqde şəhərində mənzil kirayələməyi və doğma şəhəri Çjuçjouya getməyi planlaşdırır.