21 nəfərin olduğu hava şarı alovlanıb yerə çırpıldı - Bu ölkədə
Dünya
Braziliyada dəhşətli qəza baş verib.
News24.az xəbər verir ki, ölkənin cənubundakı Santa-Katarina ştatında 21 nəfərin olduğu hava şarında yanğın başlayıb.
Havada alovlanan şarın yerə çırpılması nəticəsində 8 nəfər həyatını itirib.
Məlumata görə, qəzadan pilot da daxil olmaqla 13 nəfər xilas edilib. Yanğın şarın səbətində başlayıb: "
“Bundan sonra pilot şarı aşağı endirməyə başlayıb və yerə kifayət qədər yaxınlaşdıqda sərnişinlərə tullanmağı tapşırıb. İnsanlar tullanmağa başlayıblar, lakin bəziləri bunu bacarmayıb. Alovun güclənməsi və çəkinin dəyişməsi səbəbindən şar yenidən yüksəlib. Daha sonra qaldırma qüvvəsini itirərək yerə düşüb”.
Hadisənin səbəblərini müəyyənləşdirmək üçün araşdırma başladılıb. /Haber Global/