Türkiyəli həkimlər ölən 16 yaşlı qızın ORQANLARINI OĞURLAYIBLAR?
    • 29-08-2019, 14:59
    • 757

Türkiyəli həkimlər ölən 16 yaşlı qızın ORQANLARINI OĞURLAYIBLAR?

Türkiyədə kəskin appendisitdən vəfat edən 16 yaşlı qızın valideynləri övladlarının daxili orqanlarının oğurlandığını bildiriblər. 

News24.az xarivi KİV-ə istinadən xəbər verir ki, ailə Rusiyanın Krasnoyarsk vilayətindən avtomobillə Antalyaya istirahətə yollanıb. Lakin, 9 gün sonra övladlarının qarın hissəsində kəskin ağrılar başlayıb. 

Xəstəxanaya çatdırılan qızın həyatını xilas etmək mümkün olmayıb. Övladlarının ölümü ilə bağlı şikayət edən rusiyalı ailə bu məsələdə həkimləri günahlandırıb. Onlar lazımı tibbi yardımın göstərilmədiyini bildiriblər. Hətta qızlarının daxili orqanlarının da icazəsiz çıxarıldığını açıqlayıblar. 

Məsələ ilə bağlı açqlama verən xəstəxana həkimin sözlərinə görə, xəstə kəskin peritonitdən dünyasını dəyişib. O, orqanların çıxarılması məsələsini isə yalan adlandırıb. Həkim həmçinin valideynlərin qızlarını vaxtında xəstəxanaya çatdırmaq əvəzinə ev şəraitində müalicə etmək istədiklərini və ona kömür içirdiklərini açıqlayıb.