220 milyon insan işıqsız qaldı

220 milyon insan işıqsız qaldı Dünya
Pakistanın milli elektrik şəbəkəsində yaranan problemdən sonra ölkədə təxminən 220 milyon insan işıqsız qalıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Pakistanın Energetika naziri Khurram Dastgir yerli vaxtla saat 07:34-də milli elektrik şəbəkəsinin bağlanması səbəbindən sistemdə geniş yayılmış nasazlığın olduğunu bildirib.

Nazir istemin köhnə iş formasına qaytarılması üçün profilaktik işlərin görüldüyünü açıqlayıb. 

Qeyd edək ki, bu ayın əvvəlində Pakistanın baş naziri Şahbaz Şərif əyalət rəsmilərinə enerji istehlakını 30 faiz azaltmağı tapşırmışdı. Restoranların saat 22:00-da, marketlərin isə 20:30-da bağlanması ilə bağlı qərar verilmişdi.

Teymur MƏMMƏDOV