Ana uşaqlarını özünə bağlayıb dənizdə boğdu - özü sağ qaldı, uşaqlar öldü
    • 9-09-2019, 20:38
    • 725

Ana uşaqlarını özünə bağlayıb dənizdə boğdu - özü sağ qaldı, uşaqlar öldü

[hide][/hide]Rusiyanın Kamçatka bölgəsinin Vilyuçink rayonunda dəhşətli hadisə yaşanıb.Ərindən ayrılmağa dözə bilməyən 27 yaşlı Yekaterina intihar etmək qərarına gəlib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, iki uşaq anası olan Yekaterina uşaqlarını xəyanətkar ərin ümidinə buraxmamaq üçün onları da öldürməyə qərar verib. O, 5 yaşlı oğlu Valentin və yaş yarımlıq qızı Milananı özünə sarıyaraq dənizə girib.Yaxınlıqdan keçən bir nəfər uşaq qışqırtısı eşidərək təcili yardım çağırıb.

Yekaterianın həyatını xilas etmək mümkün olsa da övladlarını xilas etmək olmayıb. Körpə dənizdə, Valentin isə reanimasiya şöbəsində keçinib. Bu hadisədən yadigar olaraq sahildə buraxılmış uşaq arabası və qumlar üzərinə sərilmiş örtük, bir də Yekaterinanın ömür boyu çəkəcəyi vicdan acısı qalıb.