Polisə bıçaq çəkən reper öldürüldü - Canlı yayımda
    • 10-09-2019, 23:45
    • 888

Polisə bıçaq çəkən reper öldürüldü - Canlı yayımda

Qırmızı işıqdan keçdiyi üçün yol polisinin “dur” əmrinə tabe olmayaraq onlara bıçaq çəkən məşhur amerikalı reper Brayn J.Quinones canlı yayımda öldürülüb.

News24.az xəbər verir ki, hadisə ABŞ-ın Minneapolis şəhərində baş verib. Polisdən qaçmağa çalışan reper sonda avtomobilini kənarda saxlamağa məcbur olub.

Polisin üstünə bıçaq çəkən Brayn J.Quinonesə soyuq silahı yerə qoymağı əmr edilib. İmtina etdiyi üçün reperə 5 dəfə atəş açılıb.

O, bütün yaşananları Feysbuk sosial şəbəkəsindən canlı yayımlayıb.

Hadisə ölkədə şok effekti yaradıb.