Ərdoğan terror zamanı ölənlərin ailələrinə BAŞSAĞLIĞI VERDİ
    • 13-09-2019, 10:07
    • 768

Ərdoğan terror zamanı ölənlərin ailələrinə BAŞSAĞLIĞI VERDİ

Türkiyənin Diyarbakır vilayətinin Kulp bölgəsində odun toplamağa gedərkən terrorçuların hücumuna məruz qalan və partlayış zamanı dünyasını dəyişən şəxslərin ailəsinə prezident Rəcəb Tayyib Ərdoğan başsağlığı verib. 

News24.az
Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Rabitə Nazirliyi məlumat yayıb: "Prezident Rəcəb Tayyib Ərdoğan, Diyarbakırın Kulp bölgəsində PKK terrorçularının hücumu nəticəsində öldürülən Siracettin Yıldız, Ömer Yıldız və Abidin Yıldızın dayısı Mehmet Zeki Yıldız və Əhməd Ayın atası Kutbettin Ay ilə telefon danışığı edib".

R.T.Ərdoğan Diyarbakırın valisinə zəng edərək terror hücumu həyata keçirən şəxslərin saxlanılması üçün əllərindən gələn bütün imkanları səfərbər etmələrini bildirib.